İrandan ABŞ və İsraillə bağlı BMT yə MÜRACİƏT

02.11.2026

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran ABŞ və İsrailin ölkənin mülki gəmilərinə, limanlarına və dəniz infrastrukturuna hücum etdiyini iddia edərək, bununla bağlı sənədləri və fotoşəkilləri BMT-nin Beynəlxalq Dəniz Təşkilatına (BDT) göndərib.

Bu barədə "IRNA” agentliyi məlumat yayıb.

Agentliyin məlumatında bildirilir ki, İran İslam Respublikası ABŞ və "sionist rejimin” ölkənin limanlarına, mülki gəmilərinə və dəniz infrastrukturuna hücumları ilə bağlı sənədləri və görüntüləri Beynəlxalq Dəniz Təşkilatına təqdim edib.

Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terror təşkilatları elan etmişdi.

///sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью