Publika.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı İran Xarici İşlər Nazirliyindən ilk açıqlama gəlib.
Publika.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı danışıb.
“İran üçün önəmli olan ABŞ hökumətinin hərəkətləridir. Seçkilər keçmiş səhv yanaşmalara yenidən baxmaq və qiymətləndirmək üçün bir fürsətdir”, - deyə sözçü açıqlamasında bildirib.
Bekayi İranın ABŞ-dakı müxtəlif hökumətlərin siyasətlərindən və yanlış yanaşmalarından çox acı təcrübələr qazandığını əlavə edib.
Roza