Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın Baş Qərargah rəisi general-mayor Əmir Hatəmi İran-İsrail müharibəsində onların qalib gəldiyini və Təl-Əvivin məqsədlərinə çata bilmədiyini qeyd edib.
Moderator.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Hatəmi parlamentin Plan və Büdcə Komitəsində İran-İsrail münaqişəsi ilə bağlı qiymətləndirmələr edib.
Hatəmi deyib: "İran ABŞ ilə danışıqlar apararkən Amerikanın dəstəyi ilə sionist rejimin hücumunun hədəfinə çevrildi. Biz bu müharibədə qalib gəldik, düşmən heç bir məqsədə nail ola bilmədi".
İsrailin İranın nüvə, raket və hava hücumundan müdafiə imkanlarını məhv etməyi hədəflədiyini bildirən Hatəmi İsrail hücumların davamında ölkədəki İslam nizamını və İranı alt-üst etmək istədiyini vurğulayıb:
"Lakin silahlı qüvvələrin sıx səyləri və xalqın iradəsi sayəsində bu məqsədinə nail ola bilmədi. Nəticədə İsrailə güc tətbiq edildi".
Qeyd edək ki, iyunun 13-də İsrail ordusunun yüksək komandanlığı da daxil olmaqla, İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini hədəf alan irimiqyaslı hücumlara başlayıb.
İranda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi hücumlarda həyatını itirib.
İsrailə açıq dəstək verən ABŞ iyunun 22-də İranın "Natanz", "Ford"o və İsfahandakı üç nüvə obyektinə hücum edib.
İran ABŞ-ın hücumuna cavab olaraq iyunun 23-də Qətərdəki "Əl-Udeyd" aviabazasına hücum edib və ABŞ prezidenti Donald Tramp iyunun 24-də İran və İsrail arasında atəşkəs elan edib.