İrandan Azərbaycan vasitəsilə 60 dan artıq əcnəbi təxliyə edilib

26.06.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İrandan Azərbaycan vasitəsilə 60-dan artıq əcnəbi təxliyə edilib.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, bu gün "Astara" Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən 60-dan artıq əcnəbi İrandan Azərbaycana daxil olub.

Axşama doğru humanitar dəhlizdən keçərək ölkələrinə yola salınanlar arasında Avstraliya, Niderland, Almaniya, İsveçrə, Britaniya, İtaliya vətəndaşları olub.

Qeyd edək ki, Azərbaycana keçərkən onlara rahat hərəkət üçün şərait yaradılır, zəruri tibbi yardıma ehtiyacı olanlara xidmət göstərilir və çay süfrəsinə dəvət olunurlar. Rəsmi gömrük prosedurlarından sonra avtobuslarla ölkələrinə yola salınırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью