İrandan Azərbaycana 1 242 ton forel gətirilib Kiloqramı 7,2 manata

22.05.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Bu ilin ilk yarısında Azərbaycana İrandan 1 242 ton alabalıq (forel) idxal olunub.
Yeniavaz.com
xəbər verir ki, İrandan idxal olunan alabalığın 1 kiloqramının orta gömrük dəyəri 7,2 manat olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə İrandan Azərbaycana builkindən təxminən 2 dəfə az – 560 ton alabalıq idxal olunub. Ötən il İrandan idxal edilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri 7,7 manat olub.
Onu da bildirək ki, alabalıq Azərbaycana ancaq İrandan idxal olunur.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью