İrandan Azərbaycana uçan PUA nın qarşısı alındı

20.11.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.

Bakupost.az Dövlət Sərhəd Xidmətinə (DSX) istinadla xəbər verir ki, hadisə "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində olub.

Ümumi çəkisi 33 kiloqram 345 qram narkotik vasitə (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram metadon suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью