İrandan Bakı ilə bağlı inanılmaz xəbər yayıldı: Azərbaycana zərbə endirmək...

24.01.2026

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın “Fars” xəbər agentliyi dərc etdiyi məqalədə Azərbaycana qarşı ittihamlar və hədələyici fikirlər səsləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə agentliyin rəsmi saytında məlumat dərc olunub. Nəşrin iddiasına görə, guya Azərbaycan ərazisindən İsrail qüvvələri istifadə edir.

Məqalədə, həmçinin ABŞ və İsrail tərəfindən İrana mümkün hücum halında Tehranın Azərbaycana zərbə endirə biləcəyi ilə bağlı fikirlər yer alıb.

“Fars” yazır ki, İran üçün “qırmızı xətt” müəyyən edilib və bu xəttin keçilməsi Azərbaycanın birbaşa İranın təhlükəsizlik riskləri ilə üzləşməsinə səbəb ola bilər.

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə Azərbaycan ərazisinin hər hansı üçüncü ölkəyə qarşı istifadə olunmadığını bəyan edib və bu kimi iddiaları əsassız adlandırıb.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью