İrandan BƏƏ ərazisinə 2800 dən çox raket və dron atılıb

22.04.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 22 aprel, AZƏRTAC

İran silahlı qüvvələri fevralın 28-dən – ABŞ-nin hərbi əməliyyata başlamasından atəşkəs elan edilənədək Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2800-dən çox raket və dron atıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BƏƏ-nin Vaşinqtondakı səfirliyi məlumat yayıb. “İran Birləşmiş Ərəb Əmirliklərinə 2800-dən çox raket və dron atıb. BƏƏ Yaxın Şərqdəki digər ölkələrə nisbətən daha çox zərbəyə məruz qalıb”, - deyə səfirlikdən bildiriblər.

Səfirliyin məlumatına görə, İranın zərbələrinin təxminən 90 faizi ölkənin enerji və nəqliyyat infrastrukturunu hədəf alıb. Atılan bütün raket və dronların 95 faizi vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью