İrandan BMT yə çağırış

19.09.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran xarici işlər naziri Abbas Əraqçi Avropanın nüvə müzakirələrində daha fəal olmasını istəyib.

"Cebheinfo.az" xəbər verir ki, nazir Avropa ölkələri ilə aparılan nüvə danışıqları ilə bağlı BMT-yə çağırış edib.O, Avropa ölkələri ilə aparılan nüvə danışıqları barədə sosial media hesabında açıqlama verib.

Nazir paylaşımında 2015-ci ildə imzalanmış nüvə anlaşmasının tərəflərindən olan İngiltərə, Fransa və Almaniyanın İran üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyalarını yenidən tətbiq edə biləcək “snapback” (sanksiyaların avtomatik bərpası) mexanizmini işə salmaq qərarından sonrakı prosesi Avropa ilə aparılan danışıqlar çərçivəsində dəyərləndirib. Əraqçi “E3” adlandırılan Avropa ölkələri ilə aparılan nüvə müzakirələrində yeni bir təklif irəli sürdüklərini, lakin qarşı tərəfin bəhanələr gətirdiyini bildirib:

“Əslində işləməyən tərəf E3/AB diplomatik mexanizmidir”.

Abbas Əraqçi “snapback” mexanizmi çərçivəsində İran üçün BMT sanksiyalarının yenidən tətbiq olunması prosesində rol oynayacaq BMT Təhlükəsizlik Şurasına çağırış edərək, diplomatiyanın qarşıdurmaya üstün tutulmalı olduğunu qeyd edib. Nazir əlavə edib ki, irəliləmək üçün yol var, amma İran bu məsuliyyəti təkbaşına daşıya bilməz.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью