İrandan Britaniyaya xəbərdarlıq: ABŞ a bazaları verməklə...

20.03.2026

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

İran Xarici İşlər Nazirliyinin açıqlamasına görə, xarici işlər naziri Arakçi Britaniyalı həmkarı İvet Kuperlə telefonda ABŞ-İsrail hücumları və bölgədəki hadisələr barədə danışıb.
Turkustan.az xəbər verir ki, görüşdə Arakçi ölkəsinin danışıqlar masasında ikinci dəfə hərbi hücuma məruz qaldığını qeyd edərək bunları bildirdi:
"Amerika Birləşmiş Ştatları və İsrail rejimi bütün beynəlxalq prinsipləri və qaydaları pozaraq ölkəmizə hücum etdilər. Onlar liderimizi, bir neçə yüksək vəzifəli məmuru və çoxsaylı günahsız insanları, o cümlədən ibtidai məktəbdən 170-dən çox şagirdi qorxaqcasına şəhid etdilər."
Arakçi britaniyalı həmkarına İranın ABŞ-İsrail hücumlarına qarşı müdafiə tədbirləri barədə məlumat verərək, "Böyük Britaniya və bəzi Avropa ölkələrinin bu açıq-aşkar təcavüzə mənfi və qərəzli yanaşmasını" tənqid etdi və bunun "beynəlxalq hüququ pozduğunu" vurğuladı.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью