Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqton İranla qarşıdurmanı yaxın zamanda ya ikitərəfli razılaşma, ya da daha sərt vasitələrlə yekunlaşdırmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Viskonsin ştatının Çippeva-Fols şəhərində kənd təsərrüfatına həsr olunmuş dəyirmi masada deyib.
“Biz elə bir mərhələyə çatmışıq ki, İrandan çox qısa müddətdə çıxmalı olacağıq və bu, qətiyyətli addım olacaq. Bu, istər kağız üzərində imzalanacaq sazişlə, istərsə də daha sərt üsullarla baş verəcək”, - Tramp vurğulayıb.
ABŞ lideri qeyd edib ki, proses artıq yekun mərhələyə yaxınlaşıb:
“Bu məsələ ilə demək olar ki, artıq işi bitirmişik. Görəcəksiniz ki, hər şey ya sənəd imzalanması ilə, ya da daha mürəkkəb üsulla başa çatacaq. Baxmayaraq ki, saziş yolu əslində daha sadə variantdır”.
Qeyd edək ki, Tramp daha əvvəl qarşıdurmanın ya diplomatik razılaşma, ya da hərbi yolla əldə olunacağını açıqlamışdı.