İrandan Dəməşqdəki səfirliyin boşaldılması ilə bağlı AÇIQLAMA

07.12.2024

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran Xarici İşlər Nazirliyi Dəməşqdəki səfirliyin boşaldılması ilə bağlı məlumatı təkzib edib.

Publika.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi İran Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Dəməşqdəki səfirliyin boşaldılması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir”, - deyə xəbərdə bildirilib.

Qeyd edək ki, Suriyada terrorçu qrupların fəallaşması fonunda İran hərbçilərinin və səfirliyin Dəməşqdən təxliyəsinin başlanması ilə bağlı mətbuatda xəbərlər yer almışdı.

Roza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью