İrandan gətirilən 1,7 tonluq qənnadı məmulatı məhv edildi Foto

28.01.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Chinar Lunch Catering Service" MMC-nin İrandan gətirdiyi "Maryam Naderi Zarneh" şirkətinin istehsalı olan 1 680 kiloqram nuqa qənnadı məhsulundan nümunələr götürülüb.

Axar.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, laborator sınaq nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью