Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İrandan Azərbaycana gətirilən 20 min 60 kq qida məhsullunda uyğunsuzluq aşkarlanıb.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində İrandan idxal olunan turşu lavaş, ərik qurusu, şirin çörəkdən (keks) Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır: Məhsulun adı Məhsulun miqdarı İstehsalçı İdxalçı Məhsul partiyası Turşu lavaş 14850 kq “Reza Ghaderi” "Yedcon 2024" MMC 17.10.2024-17.10.2026 Ərik qurusu 4110 kq “Hasan Mohammadloo” "Yedcon 2024" MMC 20.09.2024-20.09.2025 Şirin çörək (keks) 1100 kq “Shırın Gholat Bonab” Fiziki şəxs Kərimov Kamran Abdulla oğlu 25.09.2024-25.02.2025 Faktla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyaları məhv edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.