Icma.az bildirir, Axar.az portalına istinadən.
Küveytə PUA hücumunda Ukraynanın əli var.
Axar.az xəbər verir ki, bu iddia ilə İranın nüvə danışıqları üzrə sabiq müşaviri Məhəmməd Mərandi çıxış edib.
O bildirib ki, Kiyev bu addımla Avropanı İranla münaqişəyə cəlb etməyə və ABŞ-ın dəstəyini qazanmağa çalışıb.
Qeyd edək ki, noyabrın 26-da İranın PUA ilə Küveytdə obyektlərdən birinə endirdiyi zərbə nəticəsində İtaliyanın 2 vətəndaşı həlak olub. Küveyt hakimiyyətinin məlumatına görə, Küveyt və Pakistan vətəndaşları da yaralanıb.
İran zərbə endirməsi ilə bağlı məlumatı qətiyyətlə təkzib edib.