İrandan hiyləgər taktika İsrail əhalisini xəbərdar etməyə çətinlik çəkir

17.06.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


İsrailin Mülki Müdafiə Komandanlığı İran qüvvələrinin əməliyyat üsulunu dəyişməsinə görə raket xəbərdarlığı sistemində dəyişiklik etməyə qərar verib.

Bakupost.az xəbər verir ki, bu barədə "İsrael Today" məlumat yayıb.

Bildirilib ki, İran qüvvələri artıq sabit buraxılış məntəqələrindən kütləvi raket hücumları etmir. Bunun əvəzinə, 3-4 ədəd mobil buraxıcı qurğu sürətlə atəş açır və dərhal ərazidən uzaqlaşır. Bu taktikanın məqsədi İsrail Hərbi Hava Qüvvələrinin onları aşkar etməsinin qarşısını almaqdır.

Bu, İsrailin vətəndaşlara 30 dəqiqə əvvəldən xəbərdarlıq vermək imkanlarını zəiflədir.

Bildirilib ki, yenə də raket buraxıldığı anda vətəndaşlara siqnal veriləcək və israillilərin təxminən 10 dəqiqə vaxtı olacaq ki, sığınacağa çatsınlar.

Aysel,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью