İrandan Hörmüz açıqlaması

11.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Hörmüz boğazının idarə olunması ilə bağlı İranın hazırladığı yeni qanun layihəsində heç bir konkret ölkəyə istinad edilmir".

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya üçün hər hansı güzəşt və ya üstünlüklərin nəzərdə tutulması məsələsi ikitərəfli sazişlər vasitəsilə həll edilə bilər.

“Bu məsələ vəziyyətdən asılı olaraq Rusiya, Çin və ya hər hansı digər ölkə ilə ikitərəfli münasibətlər və qarşılıqlı razılaşmalar çərçivəsində həll edilə və razılaşdırıla bilər. Layihəmiz hərtərəflidir, yəni heç bir konkret ölkəyə və ya regiona istinad etmir”, - deyə Zöhrəvənd bildirib.

Qeyd edək ki, avqustun 6-da "Fars" xəbər agentliyi İran Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən İran və Oman arasında aparılan danışıqlarda gəmilərin Hörmüz boğazından keçidi üçün xidmət haqlarının müzakirə edildiyini yazıb.

Məlumata görə, bu haqların məbləği Tehran və Məsqət tərəfindən göstərilən xidmətlərin həcmindən asılı olacaq.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью