İrandan Hörmüzlə bağlı yeni qərar

26.10.2026

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının idarəetmə qaydalarının əvvəlki kimi olmayacağını bildirib. O, bölgədəki müharibələrin təhlükəsizlik şərtlərini dəyişdirdiyini vurğulayıb.

“Bakupost” xəbər verir ki, Əraqçi Tehranda çıxışı zamanı boğazdan keçid marşrutlarının və idarəetmə qaydalarının Omanla məsləhətləşmələr əsasında yenidən nəzərdən keçiriləcəyini deyib.

Nazir ABŞ kimi xarici qüvvələrin bölgədə mövcudluğunun təhlükəsizlikdən çox, etibarsızlıq yaratdığını bildirib. O, region ölkələri arasında ortaq təhlükəsizlik yanaşmasının formalaşdırılmasının sabitlik və sülh üçün vacib olduğunu qeyd edib.

Vüsalə Hüseynova,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью