İrandan iki ölkəyə xəbərdarlıq: “Müdaxilə olsa...”

09.12.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

ABŞ və İsrailin Suriyaya müdaxiləsi gərginliyi daha da artıracaq və genişləndirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Abbas Moqtadayi deyib.

“Suriyada baş verən son hadisələr fonunda qeyd etmək lazımdır ki, yalnız ölkə xalqının öz müqəddəratını təyin etmək hüququ var. İsrail və Birləşmiş Ştatlar Suriyanın işlərinə qarışmamalıdırlar, çünki onların hər hansı müdaxiləsi qeyri-sabitlik və gərginliyin genişlənməsinə və davam etdirilməsinə gətirib çıxaracaq”, - A.Moqtadayi vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью