İrandan İordaniyaya ŞOK: Elə bir şey istədilər ki… KONKRET

18.07.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

SEPAH-ın məlumatına görə, hücum qırıcı təyyarələrin anqarlarını və hərbi aviasiyanın dayanacaq sahəsini hədəf alıb.

İddia olunur ki, zərbə nəticəsində azı iki ABŞ qırıcısı məhv edilib, daha bir neçə təyyarəyə ciddi ziyan dəyib.

Bununla yanaşı, SEPAH İordaniya Silahlı Qüvvələrini ölkə ərazisində yerləşən ABŞ hərbi kontingentinə qarşı əməliyyat keçirməyə çağırıb və amerikalı hərbçiləri “qanuni hədəf” adlandırıb.

Bəyanatda İordaniya ordusuna müraciət edilərək ABŞ qüvvələrinin “istənilən vasitə ilə məhv edilməsi” və ölkə ərazisinin onlardan “təmizlənməsi” çağırışı yer alıb.

Günay Əli
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью