İrandan İsrailə ikinci raket DALĞASI

08.06.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran 15 dəqiqə ərzində ikinci dəfə İsrail istiqamətində raket zərbələri endirib, ölkə ərazisində hava həyəcanı siqnalları işə düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) teleqram kanalında məlumat yayılıb:

“Hava Hücumundan Müdafiə sistemi hazırda təhdidləri müəyyən edir və havada zərərsizləşdirir”.

IDF rəhbərliyi sakitliyi qorumağı xahiş edərək, vətəndaşları hərbçilərin təlimatlarına ciddi şəkildə əməl etməyə və raket düşən ərazilərdən görüntüləri sosial şəbəkələrdə paylaşmamağa çağırıb.

Xatırladaq ki, xəbərdarlıqdan bir qədər əvvəl İsrail hərbçiləri İran ərazisindən ilk raket dalğasının buraxılmasını qeydə alıblar. Mülki Müdafiə Komandanlığı dərhal təhlükə zonasında olan vətəndaşların mobil telefonlarına xəbərdarlıq mesajları göndərib.

Məlumat üçün qeyd edək ki, bu, cari ilin 8 aprelində qüvvəyə minən rəsmi atəşkəs rejimindən sonra Tehranın İsrailə qarşı ilk birbaşa hücumudur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью