İrandan İsrailə qarşı Doğru Vəd3 əməliyyatı ilə bağlı yeni açıqlama

18.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İrandan İsrailə qarşı "Doğru Vəd-3" əməliyyatı ilə bağlı yeni açıqlama verib.

"Azad İran" "Telegram" kanalının sözlərinə görə, bu barədə o bu gün keçirilən həftəlik brifinqdə Donald Trampın ABŞ-də prezident seçkisində qələbəsindən sonra Tehranın İsrailə qarşı hazırladığı "Doğru Vəd-3" əməliyyatından imtina etməsi ilə bağlı sualı cavablandırarkən danışıb:

"Biz dəfələrlə bəyan etmişik ki, İranın ərazi bütövlüyünü müdafiə etmək, maraqlarımızı və milli təhlükəsizliyimizi qorumaq üçün heç kimdən icazə almayacağıq. İrana qarşı edilən hücuma isə qətiyyətlə cavab veriləcək", - deyə İran XİN sözçüsü bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью