İrandan kritik ABŞ açıqlaması

24.11.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“ABŞ danışıqlar mövzusunda lazım olan ciddiyyətə sahib deyil”.

"Cebheinfo.az" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın İranla danışıqlar barədə səsləndirdiyi fikirlərə münasib bildirərkən deyib.

“ABŞ danışıqlar mövzusunda lazım olan ciddiyyətə sahib deyil. Ya danışıqları düzgün anlamır, ya da davranışlarının mahiyyəti diktə etməkdən başqa bir şey deyil”, - deyə İsmayıl Bəqayi bildirib.

ABŞ Prezidenti Tramp isə 18 noyabrda Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlmanla keçirdiyi görüşdə belə demişdi:

“İran bir razılaşma əldə etmək istəyir. Məncə, bunu çox istəyirlər. Mən tamamilə açığam, onlarla danışıqlar aparırıq və prosesi başladıq. İranla bir razılaşma əldə etmək gözəl olar... Məncə, bunu çox istəyirlər”.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью