İrandan Küveytə HAVA HÜCUMU

11.06.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Küveyt İranın hava hücumlarına məruz qalıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadla xəbər verir ki, bu barədə Küveyt Ordusunun Baş Qərargahından bildirilib. Xəbərdə qeyd olunub ki, Küveyt ordusu İranın ölkədəki iki hərbi bazaya zərbə endirdiyini açıqlamasından sonra ölkəni hava hücumundan müdafiə edir:

“Hava hücumundan müdafiə sistemləri hazırda İran hava hədəflərini müəyyən edilmiş əməliyyat prosedurlarına uyğun olaraq vurur”.

Bundan başqa xəbərdə qeyd olunub ki, Küveyt İranın hücumlarına görə hava məkanını bağlayıb.

Küveytin mülki aviasiya idarəsi cümə axşamı günü ölkənin hava məkanının müvəqqəti olaraq bağlandığını elan edib. Qurumun açıqlamasında deyilir: “Bu tədbir İranın Küveyt dövlətinə qarşı hücumlarından və bunun bölgədəki mülki aviasiya üçün potensial risklərindən sonra həyata keçirilib”.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью