İrandan MESAJ: ABŞ ilə danışıqları davam etdirmək üçün heç bir əsas yoxdur

20.06.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

İsrailin ABŞ ilə İran arasındakı anlaşma memorandumunun birinci bəndini pozması nəzərə alınmaqla, Amerika ilə dialoqu davam etdirmək üçün heç bir əsas yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” İran xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında İsveçrədə mümkün görüşlə bağlı şərhində bildirib.

“Danışıqları aparan qurumlar nəinki prosesi dayandırmalı, həm də çox gec olmadan Hörmüz boğazını bağlamalıdırlar”, - mənbə qeyd edib.

“Tasnim”in yazdığına görə, anlaşma memorandumunun 13-cü maddəsinə əsasən, mövcud şəraitdə Hörmüz boğazının açıq saxlanılması tamamilə səhvdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью