İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq

09.09.2026

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İran faktiki olaraq Üçüncü Dünya müharibəsinin astanasındadır”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin deputatı Kamran Qəzənfəri deyib.

Deputat Rusiya-Ukrayna müharibəsinin genişlənməsini və dünya gücləri arasında artan gərginliyi genişmiqyaslı savaşa səbəb ola biləcək amillər kimi qiymətləndirib: “NATO-nun Rusiya ilə müharibədə Ukraynanın yanında dayanması, Moskva ilə Böyük Britaniya və Almaniya arasındakı gərginlik müharibənin digər Avropa ölkələrinə yayılması ehtimalını artırıb”.

Qəzənfəri ABŞ və Çin arasında Tayvan məsələsi üzrə qarşıdurmanı yeni dünya müharibəsinin digər mümkün səbəblərindən biri adlandırıb.

Qlobal vəziyyətin kəskinləşməsinə baxmayaraq, o, ABŞ-nin İrana qarşı nüvə silahından istifadəsi ehtimalını çox zəif qiymətləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью