Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 124 kq olan narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
"Yeni Sabah" xəbər verir ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində oktyabrın 11-də dövlət 75 kiloqram 515 qram, oktyabrın 12-də isə 49 kiloqram 450 qram narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.