İrandan ölkəmizə pomidor gətirilməsinə müvəqqəti məhdudiyyət qoyuldu

07.04.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İrandan Azərbaycana pomidor idxalına müvəqqəti məhdudiyyət qoyulub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxal zamanı aparılan tədbirlər nəticəsində İran İslam Respublikasından idxal olunmuş "Hadi Porreza" müəssisəsinin pomidor məhsulunda karantin tətbiq edilən zərərli orqanizm (pomidor meyvələrinin qonur qırışıqlıq virusu - Tomato brown rugose fruit virus) aşkar edilib. 

Bununla əlaqədar qeyd edilən istehsalçı müəssisəsindən ölkəmizə pomidor idxalına müvəqqəti qadağa qoyulub. 

İdxal məhdudiyyəti barədə bildiriş AQTA tərəfindən müvafiq nəzarət qurumlarına göndərilib.

Seymur Əli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью