Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Tehran Ermənistanın Baş naziri Nikol Paşinyana TRIPP ilə bağlı yeni, sərt şərtlər təqdim edib.
“Cebheinfo.az” erməni mətbuatına istinadən xəbər verir ki, tələblər çox gözlənilməz olub.
Belə ki, İran hakimiyyəti TRIPP-in təhlükəsizliyinin ya yalnız Ermənistan silahlı qüvvələri, ya da artıq Ermənistan ərazisində olan üçüncü ölkənin silahlı qüvvələri tərəfindən təmin edilməsini tələb edib. Bi tələbdə İranın Rusiya silahlı qüvvələrini nəzərdə tutduğu deyilir.
“News.am”-ın mənbələrinə görə, Tehran bununla da sərhədlərində Amerika qoşunlarının mövcudluğunun qarşısını almağa çalışır, əks halda, artan münaqişədə iranlılar amerikalı hərbçiləri qanuni hədəf hesab edəcəklər:
“Bu, İrəvanın onsuz da iflic vəziyyətində olan xarici siyasət layihəsinin həyata keçirilməsini ciddi şəkildə çətinləşdirir”.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin