İrandan qaçqın seli olacaq, ya yox? Müzakirə

29.01.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

İrandakı proseslər hələlik bir qədər səngisə də, yenə də davam edir.

Bir qisim insan Azərbaycana da qaçqın selinin gələ biləcəyini desə də, bir qisim insanlar isə İran əhalinin sona qədər vuruşacağını, heç yerə getməyəcəklərini deyir.

Doğrudan da belədirmi?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb.

O bildirib ki, hadisələr böyüdüyü təqdirdə qaçmaq təbii haldır:

“Təki elə olsun, heç yerə qaçqın axını olmasın, ancaq bunun artıq nümunələri var. Məsələlər hələlik səngiyib və buna baxmayaraq, Türkiyə sərhədində kifayət qədər qaçqın var. Gözləniləndir ki, yenə də o cür olsun. Faktiki bu dəqiqə İran rejimi əhalisinin təhlükəsizliyinin qayğısına qalmır, insanını qətlə yetirən bir rejim var. Belə olduğu halda, dinc insanlar özü, o cümlədən ailələrini də başqa istiqamətlərə göndərə bilərlər”.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью