Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
İran Silahlı Qüvvələri Baş Qərargahı yeni təqdim edilən "Raket Şəhəri"nin hələ açıqlanmayan imkanlarının olduğunu bildirib.
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Baş Qərargah rəisinin müavini general Kiumars Heydəri məlumat verib.
Onun sözlərinə görə, obyektin mediaya göstərilməsi xəbərdarlıq xarakteri daşıyır və mümkün təcavüz halında gizli sistemlər işə salınacaq.
General iddia edib ki, son qarşıdurmada ABŞ-nin regiondakı radar və müdafiə sistemlərinə ziyan dəyib, gəmiləri isə 500 km geri çəkilib.
O, həmçinin bildirib ki, İranın yeni hədəf siyahısı region və regiondan kənarda yerləşən bazaları əhatə edir və istənilən təcavüzə sərt cavab veriləcək.
Gülşən Şərif