İrandan sərt mesaj: Əlimiz tətikdədir

31.01.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İran ordusunun baş komandanı general-mayor Əmir Hatəmi, İran və ABŞ arasında müharibə ehtimalı ilə əlaqədar tam hazır vəziyyətdə olduqlarını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Hatəmi İran ordusunun "Gənc əsgərlər" mərasimində ölkəsi ilə ABŞ arasındakı gərginliyə dair qiymətləndirmələr aparıb.

İran ordusunun ölkənin müdafiəsi məsələsində tam hazırlıqlı olduğunu qeyd edən Hatəmi: "Əlimiz tətikdədir, bölgədəki düşmənin hərəkətlərini yaxından izləyirik. İran ortadan qaldırıla biləcək bir ölkə deyil", - deyə vurğulayıb.

Hatəmi İrana qarşı hər hansı bir hücum cəhdi olarsa, İsrailin təhlükəsizliyinin təhlükəyə düşəcəyi barədə xəbərdarlıq edib:

"Əgər düşman bir səhvə yol verərsə, öz təhlükəsizliyini, bölgənin təhlükəsizliyini və sionist rejimin təhlükəsizliyini riskə atmış olacaq".

Qonşu dövlətlərin İrana qarşı mümkün hücumda öz ərazilərindən və hava məkanlarından istifadəyə icazə verməyəcəyini xatırladan Hatəmi qeyd edib:

"Bu, təqdirəlayiq bir davranışdır. Çünki onlar İrana qarşı yönəlmiş bir addımın bütün bölgəni sabitsizliyə sürükləyəcəyinin fərqindədirlər".

Hatəmi İranın heç bir ölkəyə qarşı hücum niyyətində olmadığını, lakin İran kimi böyük bir ölkəni təhdid etməyin əvəzi mümkün olmayan bir səhv olduğunu müdafiə edərək bu xəbərdarlığı edib:

"Müharibə təcrübəsinə malik komandirlərimiz təhdidlərə cavab verməyə hazırdır. Əgər düşmən problemləri həll etmək istəyirsə, İran xalqına hörmətlə yanaşmalıdır".

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью