İrandan sərt mesaj: Onlar heç nə edə bilməz

04.06.2025

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın ali dini lideri Əli Xamenei ABŞ-nin Tehranın nüvə proqramına dair irəli sürdüyü şərtləri ölkəsinin maraqlarına zidd adlandırıb. 

Sfera.az İnterfaks-a istinadən xəbər verir ki, o, çıxışı zamanı ABŞ-nin İranın nüvə sənayesinə sahib olmamasını və Vaşinqtondan asılı qalmasını istədiyini bildirib.

“ABŞ-nin absurdluğuna cavabımız aydındır. Onlar bu məsələdə tamamilə heç nə edə bilməyəcəklər”, – deyə Xamenei bəyan edib.

Xamenei həmçinin milli müstəqillik prinsipinə toxunaraq bildirib: “Milli müstəqillik o deməkdir ki, ölkə ABŞ-dən və bu kimi şeylərdən yaşıl və ya qırmızı işıq gözləməli deyil. Milli müstəqilliyin əsas elementi “biz bacarırıq” prinsipidir”.

Fidan Hacızadə
Sfera.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью