Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
İranın dəstəklədiyi silahlı qruplaşma kimi tanınan “Səraya Övliya əd-Dəm”, ABŞ əsgərlərinin qaldığı iddia edilən otelə hücum təşkil ediblər.
"Cebheinfo.az" xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Dubaya qarşı həyata keçirilən hücumda 40 ABŞ əsgərinin öldürüldüyünü irəli sürüb.
ABŞ və İran arasındakı müharibə Yaxın Şərqdə bir çox ölkəyə sıçrayıb. Bölgədəki ABŞ bazalarına qarşı PUA və raket hücumları həyata keçirən İran İnqilab Keşikçiləri, Körfəz ölkələrinə yönəlmiş əməliyyatlarını davam etdirir.
İnqilab Keşikçiləri tərəfindən verilən bəyanatda Dubayda ABŞ əsgərlərinin toplaşma nöqtəsinə hücum təşkil edildiyi bildirilib. Hücum nəticəsində 40 ABŞ əsgərinin həyatını itirdiyi iddia edilib.
İraqın şimalındakı Ərbil hava limanına zərbə PUA-ları ilə edilən hücum səbəbindən şəhərdə şiddətli partlayış səsləri eşidilib.
ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus bazanın da yerləşdiyi Ərbil hava limanına edilən PUA hücumundan sonra hava hücumundan müdafiə sistemləri işə düşüb.
Ard-arda gələn 3 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Digər tərəfdən, yerli mediada Ərbildə bir otelə PUA ilə hücum edildiyi barədə məlumat yayılıb. PUA-nın hədəfə dəyib-dəymədiyi barədə məlumat paylaşılmayıb.
İran İnqilab Keşikçiləri Dubayda ABŞ ordusunun toplaşma nöqtəsinə təşkil etdiyi hücumda 40 ABŞ əsgərinin öldüyünü iddia edib.
1 mart gecəsi həyata keçirilən hücumda Ərbil hava limanına PUA-larla hücum edilmiş, ardınca bölgədə partlayış baş vermiş və yanğın çıxmışdı.
Ərbilin Degele nahiyəsindəki Peşmərgə qüvvələrinin qərargahına da dünən PUA ilə hücum edilmişdi. Peşmərgə Nazirliyi hücumların davam edəcəyi təqdirdə cavabsız qalmayacağını bəyan etmişdi.
ABŞ Mərkəzi Komandanlığı isə İrana qarşı hücumlarda ölən amerikalı əsgərlərin sayının 6-ya yüksəldiyini açıqlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin