İrandan sonra Azərbaycanda da dollar BAHALAŞACAQ? AÇIQLAMA | Icma.az
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. İranda dolların məzənnəsi rekord həddə yüksəlib.
“Azad İran” “Telegram” kanalının yaydığı məlumata görə, son günlər İran milli valyutası dollar qarşısında sürətlə dəyər itirir.
Hazırda Tehran birjasında 1 ABŞ dolları 83 035 tümənə mübadilə olunur. Dolların qonşu ölkədə bahalaşması Azərbaycanda da yaşana bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, İranda dolların bahalaşması gözlənilən idi.
Onun sözlərinə görə, ABŞ-nin yeni Prezidenti Donald Trampın öz səlahiyyətlərinin icrasına başlayandan sonra bir çox istiqamətlərdə, ələlxüsus da müəyyən ölkələrə qarşı ciddi, qəti addımlar atacağı gözlənilir: “Bu ölkələrdən biri də İrandır.
Bu faktor ölkənin milli valyutasına təzyiqi artırır. İnsanlar ehtiyatla yanaşırlar və dollarlaşma prosesi sürətlənir.
Bu isə İranın milli valyutasının dəyər itirməsinə gətirib çıxarır”.
İqtisadçı Azərbaycanda manatın məzənnəsinin sabit saxlanılması, İranda dolların bahalaşması prosesinin ölkəmizdə də yaşanması ehtimalına da münasibət bildirib: “Qonşu ölkələrdə olan valyutaların dəyər itirməsi Azərbaycan manatının məzənnəsinə birbaşa təsir göstərə bilmir.
Tam oxu
Xəbəri oxu