İrandan Trampın ABŞ yə giriş qadağasına reaksiya

07.06.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tehran ABŞ-nin İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoymasına münasibət bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyinin xaricdəki işləri üzrə idarəsinin rəhbəri Əlirza Haşimi Rəca açıqlama verib.

“ABŞ hökumətinin iranlıların ölkəyə girişinə qadağa qoyması... beynəlxalq hüququn əsaslarının, xüsusən də əsas insan haqlarının və ayrı-seçkiliyin qadağan edilməsinin pozulmasıdır”, - o bildirib.

Qeyd edək ki, iyunun 5-də ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik baxımından 12 ölkə vətəndaşlarının ölkəyə girişini qadağan edən fərman imzalayıb. Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ölkəyə girişi qadağan edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью