İrandan Trampın bəyanatına SƏRT CAVAB

23.09.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tramp məğlubiyyətdən başqa heç nə əldə etməyəcək.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Möhebi ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasında səsləndirdiyi bəyanata münasibət bildirərkən deyib.

O, Vaşinqtonun bu cür addımlarla məğlubiyyətdən başqa heç nə əldə etməyəcəyini açıqlayıb:

"Tramp unudur ki, bundan əvvəl də hədələr səsləndirib, lakin bu hədələri həyata keçirə bilməyib. İndi isə yeni hədələr səsləndirir. Tehran daha sərt, dağıdıcı və proqnozlaşdırılması mümkün olmayan zərbələr endirəcək. ABŞ-nin təzyiqlərinə baxmayaraq, İran təslim olmayacaq və fəaliyyətini dayandırmayacaq".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı İranla bağlı mühüm qərar verməli olduğunu bildirib. Onun sözlərinə görə, aralıq seçkilərdən sonra İranla razılaşma əldə etmək və ya İranı məhv etmək arasında seçim etməlidir.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью