İrandan Trampın razılaşma çağırışına Cavab

29.01.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinin dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin edən və nüvə silahı əldə edilməsinin qarşısını alan razılaşmaya hazır olduqlarını bir daha bəyan edib.

“Qafqazinfo”nun xəbərinə görə, “X” sosial şəbəkəsində paylaşım edən Əraqçi ABŞ Prezidenti Donald Trampın nüvə razılaşması ilə bağlı mesajına cavab verib.

O bildirib ki, İran həmişə qarşılıqlı faydaya əsaslanan, ədalətli və bərabər şərtlər üzərində qurulan nüvə razılaşmasını dəstəkləyib.

Nazirin sözlərinə görə, belə bir razılaşma təzyiq, təhdid və qorxutma elementlərindən uzaq olmalı, İranın dinc nüvə texnologiyasından istifadə hüququnu təmin etməli və nüvə silahlarının əldə edilməsinə yol verməməlidir.

Araqçi vurğulayıb ki, İranın təhlükəsizlik doktrinasında kütləvi qırğın silahlarına yer yoxdur və ölkə heç vaxt bu cür silahlar əldə etməyə cəhd göstərməyib.

Bununla yanaşı, iranlı nazir ölkəyə qarşı istənilən hücuma dərhal və sərt cavab veriləcəyini də qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью