Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İrana qarşı “İqtisadi D-Günü” adlandırdığı genişmiqyaslı iqtisadi kampaniya ilə bağlı suallara cavab verib.
"Cebheinfo.az" xəbər verir ki, nazir “X” hesabında bu barədə yazıb. Bildirib ki, ABŞ-nin İrana qarşı hazırladığı iqtisadi tədbirlər Vaşinqtonun iqtisadi böhrandan diqqəti yayındırmaq cəhdidir.
"“İqtisadi D-Günü” adlandırılan bu addım Amerikanın öz böhranından diqqət yayındırır. ABŞ-də yüksək borc və sürətlə artan faiz xərclərindən diqqəti yayındırmaq istəməkdir.
Uğursuz siyasətdə israr etmək yalnız daha böyük məğlubiyyətə və iranlıların düşmənçilik hisslərinin artmasına gətirib çıxaracaq". Nazir bildirib ki, ABŞ-nin iqtisadi terror siyasəti qlobal iqtisadiyyatı və digər dövlətlərin suverenliyini təhdid edir.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin