İrandan Trampın Xameneiyə məktubuna cavab gecikmədi

07.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ maksimum təzyiq siyasətinə davam etsə, İran birbaşa danışıqlara getməyəcək.

Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı ABŞ Prezidenti Donald Trampın İranın ali dini lideri Əli Xameneiyə məktub göndərməsini şərh edərkən deyib.

Qeyd edək ki, Tramp Xameneini danışıqlara dəvət edib. ABŞ prezidenti İranla razılaşmaya üstünlük verəcəyini və bunun İran hökumətinin danışıqlar üçün son şansı olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью