İrandan Türkiyəyə şok zərbə: Üsyan başlatdı... | Icma.az
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suriyada baş verən hadisələrin arxasında dayanan qüvvənin İran olduğunu hamı bilir.
Ələviləri “Əsəd tərəfdarları” adı altında silahlandırmaq və Colaniyə (Əhməd əş-Şara) qarşı üsyana hazırlamaq İranın Suriya siyasətlərində bundan sonra necə mövqe sərgiləyəcəyini göstərir.
Bu siyasət daha əvvəl İranın dini rəhbəri Ayətullah Əli Xamenei tərəfindən elan olunmuşdu.
THŞ-nin Suriyanı ələ keçirməsindən indiyə qədər bu “üsyan” ölkədə ən ciddi və ən qanlı hadisə hesab olunur.
Şübhəsiz ki, bu, ilk növbədə Şaraya, daha sonra Türkiyə mənafeyinə qarşı İran İslam Respublikasının ilk həmləsidir.
Suriya ələvilərinin Colani hakimiyyətinə və Türkiyənin maraqlarına qarşı hərbi əməliyyatında İslam Respublikasının uğuru və ya uğursuzluğu böyük nəticələrə səbəb ola bilər.
Baş verən hadisədən həm ruslar, həm də israillilər daha çox məmnun görünür.
Tam oxu
Xəbəri oxu