İrandan Ukraynaya çağırış: “Terrorçulara dəstəyi dayandırın”

06.12.2024

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın Xarici İşlər Nazirliyi Ukraynanı Suriyada "terrorçulara dəstəyi dayandırmağa" çağırıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, İran Kiyevin addımlarını beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirib.

Xatırladaq ki, İran istehsalı pilotsuz uçuş aparatları ("Şahed" və "Mohacerr") Rusiya-Ukrayna müharibəsində aktiv şəkildə istifadə olunur və bu, dəfələrlə Ukrayna hökumətinin sərt reaksiyasına səbəb olub. Bununla yanaşı, məlum olub ki, "Şahed-136" aparatının 52 detalından 40-ı ABŞ-ın 13 müxtəlif şirkəti tərəfindən istehsal edilib. Qalan 12 komponent isə Kanada, İsveçrə, Yaponiya, Tayvan və Çinə məxsus şirkətlər tərəfindən hazırlanıb.

Rəhman Mirzəlizadə, BakuPost

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью