İrandan Ukraynaya sərt mesaj: Bunun bədəlini ödəyəcəksiniz

27.07.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Ukraynaya qarşı sərt bəyanatla çıxış edib.

Redaktor.az xəbər verir ki, Əzizi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İrana qarşı istənilən hücumun cavabsız qalmayacağını vurğulayıb.

Bildirilib ki, o, rəsmi Kiyevin yaxın zamanda bunun nəticələrini görəcəyini bildirərək, ABŞ və İsrailin də bu məsələdən xəbərdar olduğunu qeyd edib. Əzizi Ukraynanın yanlış addım atdığını və İranın özünə qarşı yönəlmiş hərəkətləri cavabsız qoymayacağını bəyan edib.

Məlumata görə, gərginlik şənbə günü səhər saatlarında Xəzər dənizində İranın ticarət gəmisinə edilən hücumdan sonra yaranıb. İddialara əsasən, Ukrayna tərəfindən həyata keçirilən hücum nəticəsində bir dənizçi həlak olub, daha biri isə yaralanıb.

İran Xarici İşlər Nazirliyi isə hadisəni BMT Nizamnaməsinin pozulması və müharibənin miqyasını genişləndirə biləcək təcavüz aktı kimi qiymətləndirərək kəskin şəkildə pisləyib. Nazirlik İranın milli təhlükəsizliyini qorumaq üçün legitim müdafiə hüququndan istifadə etmək hüququnu özündə saxladığını bəyan edib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью