İrandan vacib Suriya açıqlaması: “Biz ilk növbədə…” KONKRET

05.02.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“İran ilk növbədə Suriyada inklüziv hökumətin yaradılmasında maraqlıdır və Dəməşqin yeni hakimiyyət orqanları ilə əlaqələr qurmağa tələsmir”.

KONKRET.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçı deyib.

“İran ilk növbədə Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının, xarici işğalçıların, xüsusilə sionist rejimin çıxarılmasının tərəfdarıdır. Biz də Suriyada xalqın mənafeyinə uyğun bir hökumətin qurulmasında maraqlıyıq. Tehran Suriyanın yeni hakimiyyət orqanları ilə mütləq əlaqələr quracaq, lakin hələlik bunlar müzakirə olunur”, – Araqçı vurğulayıb.

Vəli Həsənoğlu,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью