İrandan Vaşinqtona xəbərdarlıq

28.01.2026

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Tehran Vaşinqtonla dialoqa hazırdır, lakin lazım gələrsə, İslam Respublikası özünü müdafiə edəcək və güclü şəkildə cavab verəcək.

"Unikal" xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi ABŞ prezidenti Donald Trampın İrana yaxınlaşan "nəhəng ABŞ ordusu" və hərbi əməliyyat təhdidləri ilə bağlı açıqlamasına cavab olaraq bildirib.

Missiyanın BMT-yə verdiyi açıqlamada deyilir:

"ABŞ sonuncu dəfə Əfqanıstan və İraqda müharibələrə məsuliyyətsiz şəkildə qoşularaq 7 trilyon dollardan çox pul xərcləyib və 7000-dən çox amerikalının həyatına son qoyub. İran qarşılıqlı etimad və maraqlara əsaslanan dialoqa hazırdır, lakin məcbur edilərsə, özünü müdafiə edəcək və misli görünməmiş şəkildə cavab verəcək."


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью