İrandan XƏBƏRDARLIQ: ABŞ İsrail təcavüzünə qoşulmayın

13.11.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran Xarici İşlər Nazirliyi ölkələrə ABŞ və İsrailin İrana qarşı təcavüzünə qoşulmamaq barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə nazirliyin sözçüsü İsmayıl Bəqai "X" hesabında yazıb.

O bildirib ki, bəzi ölkələr ABŞ-nin təzyiqi ilə regional proseslərə və Hörmüz boğazına müdaxilə edə bilər. 

"Belə addımlar, hətta naviqasiya azadlığı və ya piratçılığa qarşı mübarizə adı altında olsa belə, İrana qarşı düşmənçilik kimi qiymətləndiriləcək. Dəniz qüvvələrinin yerləşdirilməsi, hərbi və logistik dəstək də daxil olmaqla, istənilən birbaşa və ya dolayı iştirak qanunsuz hesab olunacaq və BMT Nizamnaməsinin pozulması deməkdir", - deyə Bəqayi qeyd edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью