Icma.az, Axar.az saytına istinadən bildirir.
Hörmüz boğazından keçən sualtı internet kabelləri İranın növbəti hədəfinə çevrilə bilər.
Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir.
"Müharibə ehtimalını istisna etmirik və bu dəfə cavabımız daha sərt olacaq. Bu dəfə Amerikanı ciddi problemlər gözləyir, dünya isə ciddi enerji böhranı ilə üzləşəcək. Müharibənin yeni mərhələsində yeni silah növləri təqdim olunacaq və yeni hədəflər müəyyən ediləcək. Qlobal internet və kommersiya məlumatlarının ötürülməsini dəstəkləyən yeddi əsas kabel Hörmüz boğazından keçir: Biz bunu düşmənə xatırladırıq", - deyə bildirilib.