İrandan xəbərdarlıq: Sanksiyalar bərpa olunarsa, BAEA sazişini ləğv edəcək

26.09.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərb dövlətləri BMT-nin sanksiyalarını bərpa edərsə, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) öz nüvə obyektlərində yoxlamalar aparmasına icazə verməklə bağlı razılığından imtina edəcək.

Bizimyol.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Birləşmiş Krallıq, Fransa və Almaniyanın Tehranı 2015-ci ildə İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq məqsədi ilə böyük güclərlə razılaşmanı pozmaqda ittiham etməsindən sonra BMT-nin İrana qarşı sanksiya paketinin şənbə günü, Sentyabrın 27-si GMT vaxtı ilə saat 00:00-da (İsrail vaxtı ilə 2:00) yenidən qüvvəyə minməsi planlaşdırılır.

İyun ayında İsrail və ABŞ həmin obyektləri bombaladıqdan sonra BAEA Tehranla əməkdaşlığı bərpa etməyə və onun nüvə obyektlərində yoxlamaları davam etdirməyə çalışır.

Bununla belə, Əraqçi "Telegram"dakı yazısında bildirib ki, bu ay Misirdə imzalanmış saziş “İrana qarşı düşmənçilik tədbirləri görülənə, o cümlədən BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnamələri bərpa olunana qədər qüvvədə qalacaq”.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью