İranı 2025ci ildə nə gözləyir? Araqçı açıqladı

29.12.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“2025 İranın nüvə məsələsi baxımından mühüm il olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

O, Çin rəsmiləri ilə görüşündə İranın nüvə problemi də daxil olmaqla, geniş spektrli məsələlər haqqında fikir mübadiləsi apardığını bildirib. Araqçı həmçinin regional və beynəlxalq məsələləri, Əfqanıstan, Suriya, Qəzza və Livandakı terror problemini müzakirə etdiyini açıqlayıb.

“İranın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən ticarət, iqtisadiyyat, təhlükəsizlik və enerji sektorunda  irəli sürdüyü təkliflərə baxış keçirilib”, – deyə Araqçı vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью