İranı 48 saata Suriya kimi ələ keçirməyi planlaşdırırdılar

05.08.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranı 48 saat ərzində Suriya ssenarisi ilə ələ keçirməyi planlaşdırırdılar, lakin bu planın baş tutmadı.

Modern.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, İran cəmiyyətində çaxnaşma yaratmaq üçün hazırlanmış plan uğursuz olub. Bu vəziyyət dövlətin qətiyyətli addımları sayəsində nəzarət altına alınıb:

"Bütün çətinliklərə baxmayaraq, bu gün dünya İranı güclü, ləyaqətli və hörmət edilən ölkə kimi tanıyır".

İran Prezidenti əlavə edib ki, ölkəyə qarşı sanksiyalar daha da sərtləşdirilib, bank sektoruna yeni məhdudiyyətlər tətbiq olunub, müharibə aparılıb və İran mühasirəyə alınıb.

“Xalqa söz veririk ki, yaşadığımız və nəfəs aldığımız müddətdə bütün gücümüzlə ona xidmət edəcəyik”, – deyə Pezeşkian vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью